468 məscidə təbii qaz üçün limit ayrılıb


22:30     12 Yanvar 2018 mescid7.jpg

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2,1 milyona çatır.



SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a bildirilib ki, 2017-ci ilin yanvar-dekabr ayları ərzində birlikdə əhali sektoru üzrə 93 min 350 yeni abonent qeydiyyata alınıb ki, bunun da 48 min 877-si Bakı, Abşeron və Sumqayıt, 44 min 473-ü isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 97 min 293-ə çatıb.

2018-ci il yanvar 1-i tarixə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 468 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Femida.az

Açar sözlər: Məscid   Qaz   Bakı   Abşeron   Sumqayıt  

Oxunub: 675