Çexiyada prezident seçkiləri başladı


23:36     12 Yanvar 2018 big_1419494660_secki.jpg

Bu gün Çexiyada prezident seçkilərinin birinci turu başlayıb.


Femida.az xəbər verir ki, seçkilər 2 gün ərzində - bu gün yerli vaxtla saat 14:00-dan 22:00-dək və sabah saat 08:00-dan 14:00-dək keçiriləcək.

Bu ilki seçkilər zamanı 9 nəfərin namizədliyi qeydə alınıb.

Son rəy sorğularına əsasən, hazırkı prezident Miloş Zeman və Çexiya Elmlər Akademiyasının keçmiş sədri Yirji Drqaoş favorit hesab olunur. Çexiyalı sahibkar və bir neçə mahnı müəllifi Mixal Qoraçek rəy sorğularında 3-cü yerdə qərarlaşıb.

Birinci turda ən çox səs toplamış iki namizəd ikinci turda iştirak edəcək. İkinci tur səsverməsi yanvarın 26-27-də keçiriləcək.

Femida.az

Açar sözlər: Çexiya   Prezident   Seçki  

Oxunub: 389