Çaylarda suyun səviyyəsi azalıb


22:51     12 Yanvar 2018 caylar2.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 135-140, Kiçik Qafqazın çaylarında 140-210, Lənkəran-Astara bölgəsi çaylarında 140, Naxçıvan Muxtar Respublikası çaylarında isə 220 faizini təşkil edir.



Departamentdən Femida.az-a bildirilib ki, yanvarın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 187 kubmetr olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 135 kubmetr olmaqla ongünlük normanın 84 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 70 kubmetr olmaqla ongünlük normanın 104 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 49 kubmetr təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

Yanvarın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyan və Araz çayının Novruzlu məntəqəsində 2, Bankədə 6 santimetr azalma qeydə alınıb, lakin Şirvan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 377 (2017-ci il yanvarın 12-də 460 sm), Şirvanda 253 (2017-ci il yanvarın 12-də 355 sm), Salyanda 211 (2017-ci il yanvarın 12-də 319 sm), Bankədə 199 (2017-ci il yanvarın 12-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 santimetr (2017-ci il yanvarın 12-də 185 sm) təşkil edir.

Femida.az

Açar sözlər: Kür   Araz   Çay  

Oxunub: 436