Energetika naziri Səudiyyə Ərəbistanına gedir
23:54 12 Yanvar 2018
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanına səfər edəcək.
Femida.az Trend-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin dəvəti ilə energetika naziri P.Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 13-16 yanvarda bu ölkədə səfərdə olacaq.
Səfər zamanı keçiriləcək görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, "Saudi Aramco" şirkəti ilə əməkdaşlıq perspektivləri, eləcə də dünya neft bazarının tənzimlənməsi istiqamətində Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) çərçivəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud əlaqələrin inkişafına dair bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.
Nümayəndə heyətinin Səudiyyə Ərəbistanında bir sıra istehsalat komplekslərinə baş çəkməsi də nəzərdə tutulub.
Femida.az
Oxunub: 666
Oxşar xəbərlər
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Energetika naziri Qəbələdə vətəndaşları qəbul edəcək
- Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Nazir Ermənistanın enerji layihələrinə qoşulmasının şərtini açıqladı
- “Qaz və neft çox hələ çox istifadə olunacaq” - Energetika naziri
- Energetika naziri: “Qarabağda “yaşıl enerji”yə dair konsepsiya demək olar, hazırdır”
- Energetika naziri ADB-nin ölkə üzrə direktorunu qəbul edib
- Energetika naziri İvana Duarteni qəbul edib
- Energetika Nazirliyi ötən il büdcə vəsaitlərinə 6 % qənaət edib