Erməni federasiya sədri: "Azərbaycanlı biznesmenlər futbolu bizimkilərdən çox sevir"


01:42     13 Yanvar 2018 18_01_12_1515775420.jpg

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan acı etirafı ilə yadda qalıb.



Femida.az Oxu.Az-a istinadən xəbər verir ki, Ermənistanda danışılmış oyunlarla əlaqədar cinayət işi açıldığından, Ayrapetyan mətbuat konfransı keçirib. O bildirib ki, Ermənistan klublarının Çempionlar Liqasının qrup mərhələsində çıxış etməsi üçün çoxlu maliyyə imkanı olmalıdır.

Belə ki, konfransda ona niyə Azərbaycanın “Qarabağ” klubunun bu nəticəyə nail olduğunu, amma erməni komandalarının buna nail olmaması ilə bağlı sual verilib. O isə sualı başından edərək belə cavab verib:

“Azərbaycanlı biznesmenlər futbolu bizimkilərdən çox sevir”.

O həmçinin bildirib ki, istefa verməyəcək və növbəti il keçiriləcək prezident seçkilərinə qatılacaq. Ruben Ayrapetyan onu da qeyd edib ki, yanvarın 20-dən 6 argentinalı məşqçi təsdiq olunmuş proqram üzrə Ermənistanın yeniyetmə yığmaları ilə məşq keçəcək.

Femida.az

Açar sözlər: erməni   futbol   femida.az  

Oxunub: 702