Marsda təmiz su hövzəsi tapıldı


02:22     13 Yanvar 2018 18_01_12_1515775614.jpg

ABŞ Geoloji Xidmətinin alimləri Mars planetinin səthində 1-2 metr dərinlikdə 100 metr qalınlıqlı buz formasında təmiz suyun olduğunu aşkarlayıb.



Femida.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu tapıntı eroziyaya uğrayan qayalı çıxıntıların şəkillərini çəkən “Mars Reconnaissance Orbiter” planetlərarası stansiyası sayəsində əldə olunub.

Tədqiqatçıların bu haqda məqaləsi “Science” jurnalında dərc olunub.

Məlum olduğu kimi, “Qırmızı planetdə” su olsa da, kriosferdə daimi buz şəklindədir, toz, süxurlar və digər maddələrlə qarışıb. Buz şəklində olan su kriosferin 20 faizi təşkil edir. Habelə tədqiqatçılar gələcəkdə kosmonavtların içə biləcəyi donmuş vəziyyətdə olan təmiz su aşkarladıqlarına əmindirlər.

Mütəxəssislər üzə çıxan süxurları CRISM spektroskopu vasitəsi ilə araşdırdıqdan sonra onların tərkibində donmuş suyun olduğunu müəyyən edib. Buzun səth temperaturunu müəyyən edən THEMIS sisteminin məlumatlarına görə, içməli sudan ibarət buz təbəqəsi kifayət qədər qalındır.

Bu tapıntı Marsda əvvəllər güman edildiyindən daha çox suyun olduğunu göstərir.

Femida.az

Açar sözlər: mars   həyat   femida.az  

Oxunub: 412