Borcu olan ölülərin dəfninə icazə verilmir - Ermənistanda biabırçı olay


03:32     13 Yanvar 2018 2018/01/qriqor_1515776335.jpg

Ermənistanın Eçmiədzin şəhərinin meri kredit borcu ilə bağlı öhdəliyi yerinə yetirməyən ölülərin basdırılmasına icazə vermir.


Femida.az “Jamanak” qəzetinə istinadən istinadən xəbər verir ki, bu qaydanı Eçmiədzin şəhərinin meri Karen Qriqoryan tələb edir.

“Eçmiədzin şəhərinin meri Karen Qriqoryan ölənin yaxın qohumlarından torpaq və əmlak vergisini ödəməsini istəyib. Şəhərdə ölünü dəfn etməyə görə qohumu qəbiristanlıqdan torpaq verilməsi üçün merə müraciət edir. Onlardan ölünün vergi öhdəliyini yerinə yetirməsi tələb olunur. Adam ölüdürsə, o vergini necə ödəyə bilər?! Bütün borcları ödəyəndən sonra ölmək və basdırılmaq olar. Şəhərdəki ölüxana, morq Karen Qriqoryana məxsusdur. O, ölü dəfni ilə məşğul olur. Şəhərdə dəfn bürolarındakı tabutun satışından tutmuş mərasim zalının icarəyə verilməsinədək bütün xidmətə mer və deputat nəzarət edir”.

Qeyd edək ki, Karen Qriqoryan Ermənistan parlamentinin üzvü Manvel Qriqoryanın oğludur.

Femida.az

Açar sözlər: Ermənistan   ölü   Qriqoryan   femida.az  

Oxunub: 1308