Axtarışda olan 26 nəfər tutulub


13:15     13 Yanvar 2018 tutuldu2.jpg

Azərbaycanda ötən gün qeydə alınan cinayətlərin sayı açıqlanıb.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 23-ü "isti izlər"lə açılıb.

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Azərbaycanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: Polis   Cinayət   Qətl   Həbs  

Oxunub: 467