Sərxoş kürəkən qaynanasını döydü


13:07     13 Yanvar 2018 qadin%20zorakiligi.jpg

Bakıda döyülmə hadisəsi baş verib.


Femida.az report-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Rusiyadan gəlmiş 1962-ci il təvəllüdlü Əsədullayeva Zibeydə Ziyad qızı qızının evində olarkən kürəkəni tərəfindən döyülüb. Nəticədə qadın qapalı kəllə-beyin travması alıb.
Yaralı 1 saylı Kliniki Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib. Məlumata görə, kürəkəni Z.Əsədullayevanı döyərkən sərxoş vəziyyətdə olub.
Fakt Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırılır.

Femida.az

Açar sözlər: Bakı   Qaynana   Kürəkən   Polis  

Oxunub: 852