Neftimizin SON QİYMƏTİ


13:33     13 Yanvar 2018 neft4.jpg

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 71,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,59 dollar/barel çoxdur.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 71,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 11-də 68,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,75 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 11-də 70,71 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.

Femida.az

Açar sözlər: Neft   Liman   Qiymət  

Oxunub: 1061