Naxçıvan ölkə üzrə birinci oldu


13:45     13 Yanvar 2018 naxcivan1.jpg

2017-ci ildə ümumi daxili məhsul istehsalının həcmi bir il öncəki dövrlə müqayisədə artaraq 2 milyard 701 milyon 663 min manat, onun hər bir nəfərə düşən həcmi isə 3,6 faiz artaraq 5 min 990 manat təşkil edib.


Femida.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında deyilib.

Bildirilib ki, yerli istehsal sahələrinin inkişafı nəticəsində muxtar respublikada 368 növdə məhsul istehsalı, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilib. Ötən il ümumi daxili məhsulda sənaye məhsulunun payı 28 faiz, istehsal edilən sənaye məhsulunun tərkibində isə emal sənayesinin payı 57 faizi təşkil edib.

2017-ci ildə kartof istehsalı 48 min 982 tona, tərəvəz istehsalı 83 min 583 tona, meyvə və giləmeyvə istehsalı 68 min 202 tona çatdırılıb.

Ötən ilin yekunlarına əsasən ölkəmizin iqtisadi regionları üzrə illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək bal toplayaraq birinci yerə çıxıb. “Caspian European Club” kimi nüfuzlu təşkilatın 18 parametr və 6 qrup üzrə hazırladığı təhlillər Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın artan dinamika ilə getdiyini təsdiq edib.

Femida.az

Açar sözlər: Naxçıvan   İqtisadi   Region   İnkişaf  

Oxunub: 628