Sükan arxasında öldü


14:26     13 Yanvar 2018 surucu04.jpg

Şəmkir rayonunda yük avtomobilinin sürücü sükan arxasında ölü vəziyyətdə tapılıb.


Femida.az xəbər verir ki, hadisə rayon Avtovağzalının yaxınlığında baş verib.

Belə ki, avtovağzalda dayanmış yük avtomobilinin sürücü sükan arxasında ölmüş vəziyyətdə aşkarlanıb. Şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş sürücünün cəsədi müayinə olunmaq üçün ekspertizaya aparılıb.

İlkin məlumata görə, cəsədin üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Onun ürəktutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Sürücü   Ölüb   Ekspertiza  

Oxunub: 1412