Bu vətəndaşlar da ipoteka ala biləcək
15:15 13 Yanvar 2018
Şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasının təmin edilməsi məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.
Femida.az “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatına istinadən xəbərə verir ki, Dünya Bankı ilə imzalanmış birgə əməkdaşlığa dair saziş çərçivəsində zəmanətlərin verilməsi üzrə müvafiq qaydaların layihəsi hazırlanıb.
O cümlədən risklərin idarə edilməsi üzrə baza modeli və müvafiq mexanizm formalaşdırılıb. İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.
Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq.
Femida.az
Oxunub: 2669
Oxşar xəbərlər
- Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək
- Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər
- Dövlət xəttilə verilən ipotekaların sayı 35 mini ötüb
- Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- Ombudsmandan “ipoteka” təklifi
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
- İpoteka krediti alanların aylıq gəlirinin hesablanması qaydası dəyişib
- İndiyədək 31 mindən çox ipoteka krediti verilib
- Ötən il dövlət 257,5 milyon manat ipoteka krediti verib