Bakıda 60 yaşlı qadın qətlə yetirilib
15:24 13 Yanvar 2018
Bakıda 60 yaşlı qadın qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Belə ki, yanvarın 11-də 60 yaşlı Nigar Niftəliyevanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olan məlumat əsasında rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən N. Niftəliyevanın qohumu, Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İbrahimov saxlanılaraq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 853
Oxşar xəbərlər
- Prokurorluq “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı məlumat yayıb
- “Azərişıq” ASC-nin əməkdaşlarının bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə bıçaqlanma olub
- Bakıda bıçaqlanma hadisəsi baş verib
- Bakıda bıçaqlanma hadisəsi baş verib.
- Bakıda 22 yaşlı gəncin bıçaqlanması ilə bağlı cinayət işi açılıb
- Göygöldə bıçaqlanma hadisəsi baş verib
- Torpaq üstündə dava bıçaqlanma ilə bitdi
- Goranboyda toyda bıçaqlanma olub
- Ucarda bıçaqlanma hadisəsi olub