Bu ölkədə qadınlar futbol matçlarına buraxılacaq


20:15     13 Yanvar 2018 18_01_13_1515831453.jpg

Səudiyyə Ərəbistanı hökuməti ilk dəfə olaraq qadınların tamaşaçı qismində futbol stadionlarına buraxılmasına icazə verəcək.


Femida.az bu barədə AFP-yə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bu qərar ölkədə qüvvədə olan genderlə bağlı sərt qanunların yumşaldılması istiqamətində aparılan islahatlar çərçivəsində qəbul olunub.

Bundan əvvəl xarici kütləvi informasiya vasitələrində Səudiyyə Ərəbistanında 25 yaşdan yuxarı qadınların ərləri tərəfindən müşayiət olunmadan ölkəyə səfər etməsinə icazə veriləcəyi barədə xəbər yayılmışdı.

Açar sözlər: Futbol   Femida.az    

Oxunub: 549