7 minlik fotoaparatı icarəyə götürüb qaytarmadı – Bu halda nə etməli?
16:20 13 Yanvar 2018
Son vaxtlar dələduzluqla məşğul olan "fotoqraflar" kifayət qədər çoxalıb. Şəxslərdən fotoaparalatları kirayə adı ilə alıb sataraq özlərinə qazanc mənbəyi edirlər.
Femida.az xəbər verir ki, belə hadisələrdən biri də gənc fotoqraf Rəşad Əsədovun başına gəlib:
“7400 manat dəyərində olan fotokameranı kirayə vermişəm, girov kimi həmin adamın şəxsiyyət vəsiqəsini almışam. Artıq 4 gündür deyilən vaxtdan keçib, gətirmirlər. Polis bölməsinə də müraciət etdim, amma hələ ki, nəticə yoxdur. Əlimdə sübut kimi yazışmalar, telefon zəngləri var”.
Hüquqşünas Arif Abdullayev məsələnin hüquqi tərəflərini belə şərh edib:
“Əgər şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçiribsə və kameranı götürərkən onu qaytarmaq niyyəti olmayıbsa, Cinayət Məcəlləsinin 178.1.-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin tərkibi yaranır. Dələduzluğun əməli elə ondan ibarətdir ki, zərərçəkmiş könüllü şəkildə əmlakını digər şəxsə verir. 2. Əməl ilkin əlamətlərə görə dələduzluq əməli kimi qiymətləndirildiyi üçün, kameranın verildiyi ərazinin polis idarəsinə ərizə verilməlidir, bu cinayətləri polis araşdırır. 3. Şəxsiyyət vəsiqəsinin girov götürülməsi məsuliyyətə səbəb olur. 4. Hətta cinayət işinin başlanmasından imtina edilsə belə, mülki qaydada məhkəməyə müraciət edərək əmlakınızın qanunsuz sahiblikdən geri tələb edilməsi və əldən çıxmış gəlir və sair maddi itkilərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz”.
Hüquqşünasın sözlərinə görə, belə hallarda icarə hər hansı girovla olmamalıdır:
“Nəyisə icarəyə verəndə müqavilə bağlayıb şəxsdən depozit almalısınız. İcarə ilə verdiyiniz mala görə əldə etdiyiniz gəlirdən vergi ödəməlisiz. Müqavilə və depozit varsa, sənəd almaq artıqdır. Depoziti şəxsi təşəbbüs kimi almaya da bilərsiz, amma ortada icarə varsa, müqavilə mütləq olmalıdır”.
Qeyd edək ki, analoji hallar tez-tez baş verir. Çünki adətən belə insanlar şəsiyyət vəsiqəsini girov qoymaqda tərəddüd etmir. Belə ki, şəxsiyyət vəsiqəsini itmiş kimi elan verib təzəsini alırlar.
Femida.az
Oxunub: 1550
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Ukrayna rəsmisi: "2029-cu ildə Aİ-yə tamhüquqlu üzv olacağımıza ümid edirik"
- Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır
- Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ tanınacaq
- Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb
- “Almaniya vizası” adı ilə vətəndaşları aldadan kimdir – ŞİKAYƏT
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb