"Ayla" filminin prodüseri Oskar Akademiyasını məhkəməyə verəcək


20:20     13 Yanvar 2018 18_01_13_1515831702.jpg

Türkiyə istehsalı olan "Ayla" filminin prodüseri Mustafa Uslu Oskar Akademiyasını məhkəməyə verəcək.


Femida.az Türkiyə KİV-ə istinadən bildirir ki, bunu prodüserin özü deyib.

M.Uslunun fikrincə, "Oskar" mükafatına namizəd göstərilən "Ayla" filmi Oskar Komitəsi tərəfindən lazımı qədər izləmədən qiymətləndirilib.

Prodüserin sözlərinə görə, məhkəmə işi ilə əlaqədar artıq ABŞ-ın tanınmış vəkillərindən biri ilə razılıq əldə edib: "Ayla" festivallarda 3 salonda eyni anda göstərilən bir filmdir. Siyasi bir oyuna qurban olduğumuzu düşünürəm. Oskar Komitəsi müharibələrdə valideynlərini itirən uşaqların taleyinə biganə qalmamlıdır".

Qeyd edək ki, “Ayla” filmi "Oskar" mükafatına namizəd seçilmişdi. Filmin rejissoru Can Ulkaydır. Ekran əsərində baş rollarda Çetin Tekindor, İsmayıl Hacıoğlu və Li Kunq Jinin çəkilib. Film Koreya müharibəsində baş verən dramatik bir hekayədən bəhs edir.

Femida.az

Açar sözlər: Ayla   Femida.az   Film    

Oxunub: 540