Bakıda terror xəbəri - Tutulanlar var

Bakıda " terror "xəbəri - Tutulanlar var

12:25     13 Yanvar 2018 1405689430_1391632478_cenubnews-hebs-yeni2.jpg

Yanvarın 12-də saat 12.38-də FHN-nin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib.


Bu barədə Femida.az - a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verib.

Məlumat DİN-in “102” Xidmətinə ötürülüb.

Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron Rayon Polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Vətəndaşların nəzərinə çatdırırıq ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcəkdir.

Femida.az

Açar sözlər: Həbs   Terror   DİN   Bakı  

Oxunub: 2690