175 nömrəli marşrut fəaliyyətə başladı - Gedişhaqqı 30 qəpik olacaq


16:31     13 Yanvar 2018 2018/01/26903814_320658375090785_1432363261037249802_n_1515827296_1515832330.jpg

175 nömrəli müntəzəm marşrut xətti üzrə "BakuBus" MMC-yə aid avtobuslar səhər saatlarından sərnişinlərə xidmət edir.


Femida.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. Belə ki, bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 may” metrostansiyasınadək hərəkət edəcək.



Açar sözlər: Bakubus   Sərnişin   BNA  

Oxunub: 3131