Kafedə 46 nəfər zəhərləndi - Buryatiyada


17:03     13 Yanvar 2018 zeherlenme.png

Buryatiya paytaxtı Ulan-Udedə 46 nəfər kafedə yedikdən sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Femida.az xəbər verir ki, xəstəxanaya müraciət edənlərin kafedə sanitar qaydaların pozulması səbəbindən salmonell ibakteriyasından zəhərləndikləri bildirilib.

İlkin olaraq mədə ağrıları ilə xəstəxanaya 36 nəfər müraciət edib. Hazırda isə xəstəxanada 8-i yeniyetmə olmaqla 46 nəfərin zəhərlənmə diaqnozu ilə müalicə aldığı bildirilib.

Xəstəxanaya yerləşdirilənlərin səhhəti hazırda orta ağırlıqlı qiymətləndirilir.

Kafenin fəaliyyəti dayandırlıb. Polis araşdırmalara başlayıb.

Femida.az

Açar sözlər: Kafe   Zəhərlənmə  

Oxunub: 457