Şəki sakini Bakıda maşın qaçırdı
17:20 13 Yanvar 2018
Bakıda avtomobil qaçıran Şəki sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 9-na keçən gecə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə Bakı şəhər sakini Valeh Məsimovun “Chevrolet” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Zərərçəkən şəxs hadisənin 7-ci Alatava yaşayış sahəsində baş verdiyini bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobil həmin gün saat 23.00 radələrində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun kənarındakı ağaca vurulmuş vəziyyətdə tapılıb.
Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxs müəyyən edilib
29-cu Polis Bölməsi və Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini Seymur Əsgərov saxlanılıb.
Araşdırma aparılır.
Femida.az
Oxunub: 955
Oxşar xəbərlər
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdamda mağazadan oğurluq edilib
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Bakıda evdən oğurluq edilib
- Ağdaşda əcnəbi evdən oğurluq edib