Olimpiya çempionumuz ilk döyüşdə uduzdu


18:24     13 Yanvar 2018 2018/01/5a59c0d08c1bd_ccd1e39fe4df86b586cf2048f8664c89_1515835540.jpg

Çinin Usi şəhərində taekvondo üzrə "Grand Slam” seriyası davam edir.


Femida.az xəbər verir ki, yarışın üçüncü həftəsində Azərbaycan millisinin lideri Radik İsayev dayanq üzərinə çıxıb.

+80 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz mübarizəyə 1/4 finaldan qoşulub. O, ilk cəhdində iranlı Sajjad Mardani ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından İsayev yarışla vidalaşıb.

Qeyd edək ki, yanvarın 30-dək davam edəcək turnirdə yığmamız 3 taekvondoçu ilə təmsil olunurdu. Milad Beiqi Harçeqani (80 kq) turnirdə bürünc medal qazandığı halda, Ayxan Tağızadə (68 kq) məğlubiyyətə üzülmüşdü.

Femida.az

Açar sözlər: Olimpiya   Çempion  

Oxunub: 546