Avtomobilin vurduğu piyada öldü


17:49     13 Yanvar 2018 qeza%20piyada5.jpg

Bu gün İmişli şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, "Mercedes" markalı avtomobil rayonun Yalavac kənd sakini, 1958-ci il təvəllüdlü Dəmirov Zahid Məşdi oğlunu vurub.

Ağır xəsarət alan Z. Dəmirov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Piyada   Qəza   İmişli  

Oxunub: 828