Lənkəran sakini damdan yıxıldı


17:51     13 Yanvar 2018 37-yasli-kisi-damdan-yixildi-veziyyeti-agirdir_157680dfd7894a-xebervar_com9.jpg

Lənkəran sakini evin damından yıxılaraq xəsarət alıb.


Femida.az-ın məlumatına görə, Lənkəran rayonunun Osaküçə kənd sakini Valeh Fərman oğlu Cəfərov evin damında iş görərkən ehtiyatsızlıqdan oradan yıxılıb.


O, yaxınlarının yardımı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Bədəninin müxtəlif yerlərində sınıq diaqnozu qoyulan V. Cəfərova ilkin tibbi yardım göstərilib. O, xəstəxanın travmatologiya şöbəsinə yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 393