Liviyanın kimyəvi silahlarının məhvi tamamlandı


18:40     13 Yanvar 2018 2018/01/virus-kimyevi-silah-atom_1515836447.jpg

Liviyanın 2016-cı ildə Almaniyaya daşınan son kimyəvi silahlarının məhv edildiyi açıqlanıb.


Bu barədə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının baş direktoru Əhməd Üzümçü açıqlama verib.

Üzümçü Almaniyanın Münster şəhərindəki GEKA kimyəvi silah məhvi mərkəzində gerçəkləşən mərasimdə verdiyi açıqlamada "Bu gün baş verənlər tərksilah və beynəlxalq təhlükəsizlik üçün tarixi bir fürsətdir", - deyib.

Xatırladaq ki, Liviya ölkədəki kimyəvi silahların məhvini əhatə edən Kimyəvi Silahlar Konvensiyasını 2004-cü ildə imzalamış, ancaq 2011-ci ildəki inqilabdan sonra məhv əməliyyatları dayanmış, daha sonra 2012-ci ildə təkrar işə başlanmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 557