Cənubi Koreya Şimalın görüş təklifini qəbul etdi
22:16 13 Yanvar 2018
Seul Pxenyanın Şimali Koreyadan Cənubi Koreyaya bir qrup artistin səfəri ilə bağlı yanvarın 15-də işçi görüşünün keçirilməsi haqqında təklifini qəbul edib.
Femida.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Birlik İşləri Nazirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, Cənubi Koreya Pxanmunc neytral məntəqəsinə görüş üçün öz nümayəndə heyətini göndərəcək.
Femida.az
Oxunub: 182