Şirvanda çardaq çökdü: 1 nəfər dağıntılar altında qalıb


22:17     13 Yanvar 2018 2018/01/cardaq-daginti-yixilib-fehle_1515853467.jpg

Şirvanda evinin çardağı çöküb, 1 nəfər dağıntılar altında qalıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb və 1 nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülkü Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət alan vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: Çardaq   Uçqun   Şirvan    

Oxunub: 1621