Lənkəranda qadın və qızı döyülüb - FOTO


00:35     14 Yanvar 2018 2018/01/polis_tecili_33775y5_1515861871.jpg

Lənkəran rayonunda qadın və onun qızı döyülüb.


Femida.az report-a istinadən bildirir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.
İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər: Qad;n?Polis?D[ywlwb  

Oxunub: 857


Oxşar xəbərlər