Donald Tramp müayinə olundu – Ağ Evdən açıqlama


01:40     14 Yanvar 2018 2018/01/408412001_1515862193.jpg

Donald Tramp prezidentlik müayinəsindən keçib.


Maykl Volfun yazdığı "Od və qəzəb: Trampın Ağ evində" adlı kitabda ABŞ Prezidenti Donald Trampın əqli çatışmazlığı olduğu qeyd edilib.

Bu iddianın ardından Tramp ilk dəfə prezidentlik müayinəsindən keçib. O, Vircinya ştatında yerləşən bir hərbi hospitalda müayinə olunub.

Ağ Evdən bildirilib ki, prezident tam müayinə olunub və gələn həftə bu mövzuda brifinqdə ətraflı məlumat veriləcək.

Femida.az

Açar sözlər: Tramp   ABŞ  

Oxunub: 926