Dəmiryolu vağzalında həyəcan - Şübhəli qutu tapıldı


02:21     14 Yanvar 2018 2018/01/25354D9A-0D94-4E12-BE31-5515CD691267_1515867932.jpeg


Qazaxıstanın Alma-Ata şəhərində Alma-Ata-1 dəmiryolu vağzalında şübhəli qutu aşkar edilib.

Femida.az Trend-ə istinadən bildirir ki, bu barədə terrorizmə qarşı mübarizə üzrə şəhər operativ qərargahının rəsmi nümayəndəsi Santanat Azirbek bildirib.

S.Azirbek bildirib: "Saat 18:34-də dəmiryolu vağzalının gözləmə zalında şübhəli qutu tapılıb. Dərhal şəhərin bütün fövqəladə xidmətlərinə məlumat verilib. İlk növbədə, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində ilkin reaksiya tədbirlər görülüb".

Onun sözlərinə görə, vağzalın ərazisindən 10 min insan təxliyə edilib.

"Saat 19:26-da şübhəli qutunun içində təhlükəli və qadağan edilmiş heç bir şey aşkar edilməyib", - rəsmi nümayəndə bildirib.

Femida.az

Açar sözlər: Vağzal   Qutu   Şübhəli  

Oxunub: 736