ABŞ dövlət katibinin müavini istefa verdi


13:38     14 Yanvar 2018 2018/01/A4FDCAA8-DE49-4650-83DA-74209DFE781D_1515909908.jpeg

ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini Saymon Henşou istefa verib.

Femida.az xəbər verir ki, bu barədə diplomatın öz həmkarlarına yazdığı elektron məktuba istinadən "Reuters" məlumat yayıb.

O öz postunu bir neçə gündən sonra tərk edəcək.

Henşounun sözlərinə görə, onun gedişi qaçqınların ölkəyə girişini məhdudlaşdıran ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlı deyil. Diplomat bu addımını hər iki-üç ildən bir iş yerini dəyişmək vərdişinin olması ilə izah edib.

Femida.az

Açar sözlər: ABş   Katib   Müavin   Qaçqın   İstefa  

Oxunub: 404