Meksikada daha bir jurnalist qətlə yetirildi


13:54     14 Yanvar 2018 2018/01/4DE4D72E-00C2-415F-A7DA-0643532A71B9_1515909389.jpeg

Meksikanın Tamaulipas ştatında dərc edilən "Diario de Nuevo Laredo" nəşrində çalışan jurnalist Karlos Dominqes qətlə yetirilib.

Femida.az xəbər verir ki, K.Domonqes şəxsi avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən öldürülüb. İnsident zamanı onun yanında qızının olduğu bildirilir. K.Dominqes siyasi mövzularda köşə yazılarının müəllifi olub.

Baş Prokurorluq araşdırmalara başlayıb.

Bir neçə gün əvvəl Meksikanın paytaxtında tanınmış jurnalist Xose Xerardo Martines qətlə yetirilib.
Qeyd edək ki, Meksikada 2017 il ərzində 12 jurnalist öldürülüb.

Femida.az

Açar sözlər: Meksika   Polis   Jurnalist  

Oxunub: 301