Düşmən atəşkəsi yenə pozdu
14:25 14 Yanvar 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Nerkin Karmirağbur, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 534
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
- Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
- Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yayıb
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
- "Taliban" ilə Müqavimət Cəbhəsi toqquşub
- Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutub
- Cəbhəyanı ərazilərdə minalar, bombacıqlar aşkarlandı