Xaçmazda 7 otaqlı ev yandı


14:51     14 Yanvar 2018 yangin_38673636.jpg

Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

Femida.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Bəyqışlaq kəndində 7 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində aynabəndin tavanı 3 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

Femida.az

Açar sözlər: FHN   Yanğın   Xaçmaz  

Oxunub: 434