“Ermənistan PKK üçün ikinci Kandildir” (FOTO)
18:11 11 Sentyabr 2015
Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycana verdiyi dəstəklə tanınan, yaxın günlərdə üzvü olduğu Milliyyətçi Hərəkat Partiyasından (MHP) çıxarılan sabiq millət vəkili Sinan Oğan qeyri-adi iddialarla çıxış edib.
Femida.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, Oğan Ermənistanın PKK terrorçularının ikinci sığınacağı olduğunu deyib. Ermənistanı PKK terrorçularının Şimali İraqdakı əsas sığınacağı olan Kandil dağı ilə müqayisə edən sabiq millət vəkili bu ölkənin “İkinci Kandil” olduğunu vurğulayıb.
“Bu gün Ermənistan PKK üçün ikinci Kandil dağı mövqeyindədir. Ağrı dağı – Ermənistan cizgisi PKK təhlükəsi altındadır. Xüsusilə son günlərdə törətdikləri işlərə baxanda, avtomobillərin yandırılmasının bir səbəbi də qorxu yaradaraq yollara rahatlıqla mina döşəmək üçündür. Amma İqdırda yollara basdırılan minalar yaxın vaxtlarda döşənməyib. PKK-nın Ermənistanı ikinci Kandil kimi qəbul etməsi, bunun üçün İqdırda terror fəaliyyətlərini çoxaltması Türkiyənin üzərində çox düşünməli olduğu bir mövzudur. Türkiyə - Ermənistan sərhəddində yaşayan vətəndaşlarımızdan məlumatlar daxil olmağa başladı. Həmsərhəd kəndlərdən tanışlarım mənə zəng vuraraq, bu gecə bu qədər adam keçdi – deyirlər.”
Sinan Oğan Ağrı dağı – Ermənistan cizgisi PKK təhlükəsi altında olduğunu deyir
Azərbaycan əslli Sinan Oğan MHP-nin İqdır şəhərindən 24-cü çağırış millət vəkili olub.
Oxunub: 868
Oxşar xəbərlər
- “Ermənistanı dövlət kimi tanımırıq” - Pakistan Senatının sədr müavini
- “Ermənistan destruktiv siyasət yürüdür” - Xələf Xələfov
- “Ermənistan AİB-dən çıxarsa, heç kim Azərbaycanı durdura bilməyəcək” - Rusiyalı politoloq
- “Ermənistana elə zərbələr vuracağıq ki, taktikadan istifadə edə bilməyəcək” - Polkovnik
- “Ermənistan ordusunda kadr çatışmazlığı var”
- “Ermənistan danışıqların məntiqinə zidd hərəkət edir”
- “Ermənistan gizli silaha malikdir”- İşğalçı ölkənin daha bir cinayəti
- “Ermənistan bizi təxribata çəkir” - Bahar Muradova
- “Ermənistanda Ter-Petrosyan dönəmidir”
- “Ermənistanın mərmiləri kütləvi qırğın yaradır” - XİN