Azərbaycanda Anatomiya Muzeyi yaradılıb
15:08 14 Yanvar 2018
Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb.
Femida.az xəbər verir ki, universitetdən Trend-ə verilən məlumata görə, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.
ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski ilk belə muzeyin hələ Hippokratın zamanında yaradıldığını söyləyib.
Femida.az
Oxunub: 1339