Bakıda maşın aşıb - Yaralı var


15:23     14 Yanvar 2018 qeza_yeni.jpg

Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər xəsarət alıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" markalı minik avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər: Bakı   FHN   Qəza  

Oxunub: 599