Muzdlu işçilər üçün vergi necə tutulur? - Nazirlik açıqladı
16:11 14 Yanvar 2018
Muzdlu işdə aylıq gəlir 2500 manatadək olduqda, onun 173 manatı vergidən azaddır.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AzərTAc-a bildirilib ki, mövcud qanunvericiliyə görə, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi, yəni 173 manat gəlir vergisindən azaddır.
Bununla yanaşı, fiziki şəxslərin müəyyən kateqoriyalarına Vergi Məcəlləsinin 102-ci maddəsində öz əksini tapmış bəzi güzəşt və azadolmalar da nəzərdə tutulub.
Belə ki, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) əsas iş yerində hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərinin əsas iş yerində hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri isə 100 manat məbləğində azaldılır.
Femida.az
Oxunub: 1167
Oxşar xəbərlər
- Vergiləri ödəməkdən yayınan şirkət sahibi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib
- Vergilər Nazirliyi sahibkarlara ixtisarlarla bağlı xəbərdarlıq edib
- Vergilərin ödənilməsi müddəti uzadıldı
- Ağdam rayon Vergilər şöbəsinin sabiq direktorunun məhkəməsi başlayıb
- Elektron qaimə-faktura hansı müddətdə verilməlidir?
- Vergilər Nazirliyi bu xidmətlərə 7 milyon manat xərcləyəcək
- Naxçıvanda Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib
- Evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq
- Bu vəkillərə ödənilən xidmət haqqı vergilərdən azad edilsin - TƏKLİF
- Artıq ödədiyiniz vergiləri bu yolla geri alın - HÜQUQİ YARDIM