Jirinovski deputatlardan bir milyon pul istədi

Jirinovski deputatlardan bir milyon pul istədi


16:54     14 Yanvar 2018 jirinovski3.jpg

Rusiya Liberal-Demokrat Partiyasının lideri, prezidentliyinə namizəd Vladimir Jirinovski deputatlardan maddi dəstək istəyib.


Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Jirinovski seçki kampaniyasına dəstək üçün deputat həmkarlarının onun bank hesabına adambaşı 1 milyon rubl köçürməsini rica edib.

"Prezident seçkilərində iştirak edən tək deputat mənəm. Hesab edirəm ki, 450 deputat seçki kampaniyası üçün hesabıma 1 milyon rubl köçürə bilər. Əminəm ki, bəziləriniz 10 milyon da verə bilərsiniz", - deyə Jirinovski Dumada çıxışında bildirib.

Xatırladaq ki, Rusiyanın Mərkəzi Seçki Komissiyası Vladimir Jirinovskinin prezidentliyə namizədliyini qeydə alıb.

Femida.az

Açar sözlər: Jirinovski   Seçki   Rusiya  

Oxunub: 208