24 yaşlı gənc bıçaqlandı - Göyçayda
18:24 14 Yanvar 2018
Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Kənd sakini, 1994 -cü il təvəllüdlü Yusifzadə Ulvi Yaşar oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 984