Keçmiş sevgilisi gənc qızı şəkilləri ilə şantaj etdi


20:15     14 Yanvar 2018 santaj.jpg


Bakıda keçmiş sevgilisi tərəfindən şantaj olunun qız polisə müraciət edib.

Femida.az Lent.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Ülkər Hüseynova (ad şərtidir) bildirib ki, keçmiş sevgilisi Rauf Rüstəmli ona hədə-qorxu gələrək keçmiş əlaqələrinin bərpa edilməsini istəyir. Bunu qəbul etmədikdə isə, həmin şəxs 27 yaşlı qızla əvvəllər çəkdirdiyi şəkilləri ailə üzvlərinə göstərəcəyi ilə hədələyib.

Gənc qadın əlavə edib ki, R.Rüstəmli Məhəmməd Hadi küçəsində onun qarşısını kəsərək hədələyib.

Müraciət əsasında araşdırma aparılır.

Femida.az

Açar sözlər: Bakı   qız   polis   şantaj   femida.az  

Oxunub: 1996