Neftçiləri daşıyan vertolyot dənizə düşdü: 5 nəfər öldü


20:48     14 Yanvar 2018 18_01_14_1515924031.jpg

Hindistandanda vertolyot qəzası baş verib.


Femida.az xəbər verir ki, helikopter qəzanəticəsində Ərəb dənizinə düşüb. Nəticədə azı 5 nəfər həlak olub.

Məlumata görə, hava gəmisi Neft və təbii qaz komissiyasının üzvlərini daşıyırdı. Helikopterin göyərtəsində 7 nəfərin, o cümlədən 5 neftçinin olduğu bildirilir.

İlkin məlumata görə, vertolyot suya 60 metr hündürlükdən düşüb.

Hazırda xilasetmə işləri davam etdirilir.

Femida.az

Açar sözlər: Hindistan   neftçi   femida.az  

Oxunub: 6370