İçində 168 nəfər olan təyyarə dənizə yuvarlandı - FOTO

İçində 168 nəfər olan təyyarə dənizə yuvarlandı - FOTO


21:10     14 Yanvar 2018 18_01_14_1515924817.jpg

Türkiyənin Trabzon şəhərinin hava limanında təyyarə qəzaya uğrayıb.


Femida.az xəbər verir ki, Ankara-Trabzon reysi ilə uçan təyyarə eniş zolağından kənara çıxıb.

"Pegasus Airlines"ə məxsus "Boeing 737-800" tipli təyyarə Trabzon hava limanına eniş zamanı qəzaya uğrayıb. Xoşbəxtlikdən, təyyarə dənizə yuvarlanmayıb və torpaq sahədə ilişib. Hadisə zamanı təyyarədə 162 sərnişin və 6 ekipaj üzvü olub. Onlardan heç biri xəsarət almayıb.

Müəyyən müddətə bağlanılan hava limanı artıq yenidən açılıb. Hazırda təyyarənin düşdüyü yerdən çıxarılması üçün çalışılır.

Olayın hansı səbəbdən baş verməsi araşdırılır.

Femida.az

Açar sözlər: Türkiyə   qəza   təyyarə   femida.az  

Oxunub: 3082