"Tramp üzr istəməlidir" - Afrika ölkələrindən tələb


22:20     14 Yanvar 2018 tramp%20(1).jpg


Afrika ölkələrinin BMT-dəki səfirləri ABŞ prezidenti Donald Trampın son bəyanatlarını qınayaraq onun üzr istəməsini tələb edib.



Femida.az
xəbər verir ki, səfirlər ABŞ liderinin ölkələri haqqında sözlərini “yolverilməz” və “irqçi” adlandırıb.

Xatırladaq ki, ABŞ mətbuatının yaydığı məlumata görə, Ağ Evdə keçirilən müşavirədə Donald Tramp üçüncü dünya ölkələrini “murdar” (shithole) adlandırıb. Onun bu sözləri deyərkən Haiti, Salvador və bir sıra Afrika ölkələrini nəzərdə tutduğu bildirilir. Məlumata görə, bir qrup senator prezidentə Haiti, Salvador və Afrika ölkələrindən olan miqrantların aqibəti ilə bağlı güzəştli sazişlər haqqında təkliflər irəli sürmək üçün Ağ Evə gəlib və onunla görüşüb..

“Murdar dəliklərdən” gələn miqrantlar nəyimizə lazımdır?”, - deyə Tramp konqresmenlərin təklifinə reaksiya göstərib.

Femida.az

Açar sözlər: Afrika   Tramp   femida.az   ABŞ  

Oxunub: 326