Rusiya xüsusi təyinatlılarının yeni “Tayfun-K” ları - VİDEO


23:44     14 Yanvar 2018 18_01_14_1515944890.jpg

“Rusiya Mərkəzi Hərbi Dairəsinin xüsusi təyinatlı bölməsinin silahlanmasına dövlət sifarişi əsasında hazırlanan və məsafədən idarə olunma moduluna malik 16 ədəd “Tayfun-K” zirehli maşını daxil olub”.


Femida.az Arms-expo.ru saytına istinadən məlumat verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsinin komandanı, polkovnik Yaroslav Roşupkin bildirib.

“16 ədə “Tayfun-K”dan ibarət partiya Mərkəzi Hərbi Dairənin xüsusi təyinatlılarının silahlanmasına daxil olmaqla hərbi dairənin döyüş imkanlarını gücləndirdi. Yeni texnika Samarsk və Novosibirsk vilayətlərində yerləşən birləşmələrə verilib”, - deyə Roşupkin qeyd edib.




Femida.az

Açar sözlər: Rusiya   Putin   Femida.az  

Oxunub: 1449