İran yasdadır - 30 nəfər öldü


03:45     15 Yanvar 2018 iran.png

İranın SANCHI adlı tankerin qəzaya uğraması və 30 iranlının həlak olması ilə bağlı ölkədə matəm elan edilib.


Femida.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Nazirlər Kabineti qərar alıb.

Qeyd edək ki, Panama bayrağı altında fəaliyyət göstərən SANCHI tankeri Şərqi-Çin dənizində Honkonq yük gəmisi toqquşub.

Qəza nəticəsində neft tankeri alışıb və partlayış baş verib. Tankerdə olan 32 heyət üzvünün 30-u iranlı olub.

Honkonq yük gəmisində olan 21 nəfərin hamısı isə xilas edilib.

Femida.az

Açar sözlər: İran   Matəm   Femida.az    

Oxunub: 1192