Anar Allahverənovun məhkəməsi başladı


14:14     15 Yanvar 2018 2018/01/image-(8)_1515997295.jpg

Rusiyanın Xabarovsk vilayət məhkəməsində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.


Femida.az-ın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir. Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir.

Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasına dair vəsatət qaldırıblar.
Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Femida.az

Açar sözlər: Rusiya   Cinayət   Azərbaycanlı  

Oxunub: 2144