Körpə və uşaq ölümləri 3 dəfə azalıb - Səhiyyə Nazirliyi


14:36     15 Yanvar 2018 korpe%20oldu.jpg


Gəncə şəhər Səhiyyə İdarəsində “Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı”na həsr edilmiş müşavirə keçirilib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müşavirənin əsas məqsədi ölkədə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub.

Tədbirdə bildirilib ki, keçən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.

Müşavirədə 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili aparılıb.

Femida.az

Açar sözlər: Səhiyyə   Nazirlik   körpə   uşaq   femida.az  

Oxunub: 809