4-cü mikrorayonda sakinlərlə MTK arasında qalmaqal - Əraziyə polis gəldi (VİDEO)


15:22     15 Yanvar 2018 2018/01/agac_1516001062.png

Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində beş mərtəbəli binalarının həyətindəki çoxillik meyvə ağaclarının kəsilməsilə bağlı saytımıza müraciət daxil olub.


Sakinlərin bildirdiyinə görə, ərazidə salınan ağaclar kəsildikdən sonra yerində çoxmərtəbəli bina tikiləcək.

Femida.az -a daxil olan videogörüntülərdən məlum olur ki, ağacların kəsildiyi yerlərə armaturlar, dirəklər və digər tikinti üçün lazım olan materiallar gətirilib.




Məlumata görə, ərazidə tikinti işlərini "EDiF" MTK aparır.MTK nümayəndələrinin sakinlərə verdiyi məlumata görə, ərazini alıblar.Sakinlərin burada nəyəsə toxunması, ağac əkməsi qanun pozuntusudur.





Femida.az məsələni diqqətdə saxlayacaq.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər: Ağac   Polis   Femida.az   Nəsimi   Yaşıllıq    

Oxunub: 2989