Hakim futbolçunu vurub qırmızı vərəqə göstərdi - Video


15:54     15 Yanvar 2018 18_01_15_1516003053.jpg

Fransa Liqasının 20-ci turunda keçirilən “Nant” - PSJ oyununda qalmaqal baş verib.



Femida.az xəbər verir ki, meydan sahiblərinin hücumçusu Dieqo Karlos müdafiəyə kömək üçün geriyə qayıdarkən matçın baş hakimi Toni Şaprona toxunub.

Referi də futbolçunun bu hərəkətini cavabsız qoymayıb. Yerə yıxılan hakim ayağı ilə Karlosa vurub. Ayağa qalxdıqdan sonra isə ona qırmızı vərəqə göstərərək meydandan qovub. “Nant”ın qapısına da cərimə zərbəsi təyin edib.




Femida.az

Açar sözlər: Futbol   Hakim   Femida.az  

Oxunub: 1844